Buynuz qişa/Refraktiv cərrahiyyə – Sual 7
Şəkil 1-3. Buynuz qişanın eyni halı olan üç fərqli şəxsdə ön seqmentin fotosu.
Stromanın ön qatlarında nəzərə çarpan ağ rəngli dənəli depozitlər buynuz qişanın dənəli (qranulyar) distrofiyasına xas əlamətdir.
Xeyr, dənəli distrofiya limb nahiyyəsinə yayılmır.
Autosom dominant.
Xəstəlik erkən yaşlarda meydana çıxır, lakin xəstələrdə uzun müddət əlamətləri olmur.
Görmə itiliyi tədricən azalır, az hallarda 0.05-dən aşağı düşür. Residivləşən eroziyalar az rast gəlinir.
Stromanın önündə yığılan hialin topaları Massonun trixrom boyası ilə yaxşı boyanır.
Dənəli distrofiyanın ilkin mərhələsində müalicəyə ehtiyac yoxdur. Əgər görmə itiliyi çox azalarsa, dəlib keçən keratoplastika nisbətən əhəmiyyətlidir, baxmayaraq ki, xəstəlik bir neçə ildən sonra residivləşə bilər.