Histopatologiya – Sual 4

Yichieh Shiuey, MD
Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Şəkil 1
Bu 67 yaşlı kişinin göz qapağındakı törəmənin histoloji preparatının təsviridir.

Suallar və cavablar
1. Siz hansı diaqnozu qoyardınız?
Cavab:

Bazal hüceyrəli karsinoma.

2. Hansı patoloji dəyişikliklər nəzərə çarpır?
Cavab:

Şişlə dəri arasındakı sərhəddə göyümtül hüceyrələrin cərgəsi bazal hüceyrəli karsinoma üçün xasdır.  Bazal hüceyrəli karsinoma üçün digər xarakterik xüsusiyyət şiş hüceyrələri ilə derma arasında neytral sahənin olmasıdır.

3. Bu tip törəmələrin rast gəlmə tezliyi barədə nə deyə bilərsiniz?
Cavab:

Bazal hüceyrəli karsinoma göz qapağının şişlərinin təqribən 20%-ni təşkil edərək, göz qapağı şişləri arasında ən maliqnant xüsusiyyətə malik törəmədir. Maliqnant göz qapağı şişlərinin 90%-i bazal hüceyrəli karsinomaların payına düşür.

4. Bu törəmə metastaza bənzəyirmi?
Cavab:

Bazal hüceyrəli karsinoma adətən lokal infiltrativ xüsusiyyətli olub, nadir hallarda metastaz nəticəsində yaranır.

5. Müalicə necə həyata kiçirilməlidir?
Cavab:

Adətən belə şişlərin müalicəsi tam yerli eksiziya ilə həyata keçirilməlidir. Əgər şiş göz yuvasının daxilinə sirayət edərsə(medial kantusda yerləşən şişlərdə), göz yuvasının tam ekzentrasiyası həyata keçirilməlidir.

Cavablara bax