Ümumi oftalmologiya – Sual 10

Yichieh Shiuey, MD | Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School
Theresa C. Chen, MD | Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Tərcümə etdi: Dr. Firəngiz İbrahimova
e-mail: fibrahimova511@gmail.com

Şəkil 1.

Bu, orta yaşlı bir qadında kataraktanın yüksək böyütmə ilə çəkilmiş fotosudur.

Suallar və cavablar
1. Sizcə kataraktanın hansı növüdür?
Cavab:

Milad ağacı kataraktası.

2. Billurun bu görüntüsü hansı sistem xəstəliyi ilə yanaşı rast gəlinir?
Cavab:

Miotonik distrofiya.

3. Bu xəstənin gözündə başqa hansı əlamətlər ola bilər?
Cavab:

Ptoz, dairəvi əzələlərdə zəiflik, artan  xarici oftalmoplegiya və “Kearn Sayre” sindromunda olduğu kimi piqmentli  retinopatiya. Rəngarəng  parlaq kristalları olan milad ağacı kataraktasından başqa, miotonik distrofiyası olan xəstələrdə tikiş xətti boyunca miləbənzər kortikal bulanmalar da ola bilər.

4. Bu xəstədə ümumi fiziki müayinənin nəticələri necədir?
Cavab:

Daha çox və ilk aşkar olunan əlamət miotoniyadır. Xəstə ilə əl sıxıb görüşərkən özünü aydın biruzə verir. Xəstə  əlini boşalda bilməyəcək. Miotonik distrofiyası olan xəstələrin  ətraf əzələlərində, xüsusən də ayaqların açıcı əzələlərində zəiflik ola bilər. Müayinə zamanı ətraf əzələlərinin atrofiyası da aşkar edilə bilər. Bu vəziyyətdə olan kişilərdə çox vaxt alın nahiyyəsinin keçəlliyi erkən  başlayır.

5. Bu sistem xəstəliyinin irsi ötürülmə yolu necədir?
Cavab:

Autosom dominant.

Cavablara bax