Neyrooftalmologiya – Sual 6
Şəkil 1.
Beyin MRT-si (Koronal). Beynin MRT müayinəsinin koronal kəsikdəki şəklində sol optik sinirin genişlənməsi və strukturlarının qadolineum (kontrast maddə) ilə daha da güclənməsi aşkarlandı.
23 yaşlı qadın iki həftə ərzində gündə bir neçə dəfə yüngül baş ağrısı ilə müşaiyət olunan sol gözün görməsinin itməsi və yenidən bərpası kimi hallardan şikayətlənir. Baş beynin kompyuter tomoqrafiya şəkli neqativdir. Xəstə ağrıkəsicilər və akupunktura ilə müalicə aldıqdan sonra baş ağrılarının keçdiyini bildirib. Lakin növbəti günlərdə gözlərini hərəkət etdirən zaman ağrılar, sol ayağında fasilələrlə uyuşma, sancma-batma hiss etmiş və sol gözdə görmə sahəsinin daralaraq yalnız “dar zolaq” şəklində olmasından şikayətlənmişdir. Ertəsi gün sol gözdə görmə tam itmişdir. Xəstənin ailə anamnezi və xəstəlik tarixi heç bir töhfə verməmişdir. Müayinə zamanı sağ gözün görmə itiliyi 08, sol gözdə işıq duyğusunun olmaması aşkarlanmış, sol gözdə afferent bəbək defekti müşahidə olunmuşdur. Sol gözün bəbəyi müştərək işıq refleksinə ləng cavab verir. Həmçinin müayinə zamanı sol göz dibində görmə siniri diskində ödem nəzərə çarpmışdı.
Klinik təsvir daha çox optik nevritə uyğun gəlir. Gənc yaşda olan bu xəstədə gözləri hərəkət etdirən zaman ağrının olması, mərkəzi skotoma, disxromatopsiya, qırmızı rəngin desaturasiyası və kontrast duyğusunun pozulması optik neyropatiya diaqnozunu qoymağa əsas verir. Optik sinir normal və ya ödemli ola bilər. Beynin və ön görmə yolunun MRT müayinəsi optik nevritin mümkün etiologiyalarını müəyyən etməkdə faydalıdır. Daha uyğun etiologiya dağınıq sklerozdur. Digər təxmin edilən etiologiyalar qırmızı qurd eşənəyi və sarkoidoz ola bilər.
Optik sinir nevritinin müalicəsi sınaq müddəti boyu ya xəstəliyin gedişinin izlənilməsindən, ya da venadaxili kortikosteroidlərin istifadəsindən ibarətdir.