Orbita/Okuloplastika – Sual 2
Şəkil 1
Göz qapaqlarının törəməsi.
Şəkil 2
Biopsiya olunmuş materialın histoloji nümunəsi.
Suallar və cavablar
1. Sizin diaqnoz nədir?
Cavab:
Anadangəlmə bölünmüş nevus (və ya öpüşən nevus)
2. Bu törəmə nə zaman inkişaf edir?
Cavab:
Bu törəmə anadangəlmə nevus olub, gestasion dövrün 9-cu həftəsində göz qapaqlarının embrioloji inkişaf dövründə formalaşır.
3. Törəmənin patoloji təsviri necə olacaq?
Cavab:
Bu yuxarı və aşağı göz qapaqlarının qarışıq şişidir. Qarışıq şişlər birləşdirici və dermal komponentlərdən ibarət olur. Burada derma və epidermis ilə birləşmiş nevus hüceyrələrinin cərgəsi müşahidə edilir. Həmçinin dermanın işərisində boyanmış hüceyrələr qeyd edilir.
4. Bu törəmənin maliqnizasiya potensialı nə dərəcədədir?
Cavab:
Bu törəmə çox zəif maliqnizasiya qabiliyyətinə malikdir.
Cavablara bax