Tor qişa/Uveitlər – Sual 5

Rosa Kim, MD
Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Şəkil 1
Bu 2 ay müddətində sağ gözündə görmənin yüngül dərəcəli dumanlanmasından şikayət edən 55 yaşlı qadının sol göz dibinin təsviridir.

Suallar və cavablar
1. Differensial diaqnostikanı hansı xəstəliklərlə həyata keçirərdiniz?
Cavab:

Göz dibində piqmentsiz ocaq damarlı qışanın hemangioması, piqmentsiz melanoma və metastatik şişlərlə differensiasiya olunmalıdır. Nəzərə alsaq ki, burada tək, aydın hüdüdlu ocaq müşahidə olunur metastaz inkar olunmalıdır. Klassik tünd narıncı kolorasiyaya əsasən damarlı qişanın hemangioması daha uyğun diaqnoz olardı.

2. Diaqnozun qoyulmasında hansı yardımçı müayinə üsullarından istifadə edərdiniz?
Cavab:

A-skan ultrasəs müayinəsinin köməyi ilə məhdudlaşmış hemangioma və piqmentsiz melanomanı fərqləndirmək olar. Piqmentsiz melanomadan fərqli olaraq, damarli qişanın hemangioması zamanı yüksək reflektivlik müşahidə olunur.

3. Göz dibinin müayinəsi zamanı hansı müştərək əlamətləri müşahidə etmək olar?
Cavab:

Bu zaman tor qişanın ağır dərəcəli seroz qopmasını və ya damarlı qişanın hemangiomasına yaxın hissələrdə tor qişanın qopmasını müşahidə etmək olar.

4. Bu xəstəni necə müalicə edərdiniz?
Cavab:

Əgər xəstədə heç bir symptom müşahidə olunmazsa, müalicəyə ehtiyac yoxdur. Əgər foveal nahiyyənin ikincili cəlb olunması ilə tor qişanın qopması baş verərsə, o zaman arqon lazer fotokoaqulyasiya nəzərdən keçirilməlidir. Əsas məqsəd xoreoretinal birləşməni bərpası və subretinal mayenin sorulmasıdır.

5. Hər hansı sistem dəyişikliklərlə müşahidə oluna bilərmi?
Cavab:

Diffuz damarlı qişa hemangioması, adətən alovlu nevus, anadangəlmə qlaukoma və ipsilateral kəllədaxili hemangioma ilə müştərək təsadüf edilir. Məhdudlanmış damarlı qişa hemangioması zamanı isə heç bir sistem dəyişiklik müşahidə edilmir.

Cavablara bax