Tor qişa/Uveitlər – Sual 8

Scott Burk, MD/PhD | Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Tərcümə etdi: Dr. Firəngiz İbrahimova
e-mail: fibrahimova511@gmail.com

Şəkil 1.

Şəkil 1 – son iki gündür sağ gözündə parasentral boz ləkə və əyri görmə şikayəti ilə müraciət etmiş 39 yaşlı kişinin göz dibinin fotosudur.

Şəkil 2.

Şəkil 2 və 3 bu xəstənin erkən və gec flüoressensiyasının təsviri.

Şəkil 3.

Suallar və cavablar
1. Diaqnozunuz nədir?
Cavab:

Mərkəzi seroz xorioretinopatiya.

2. Bu vəziyyət adətın hansı yaş aralığında baş verir?
Cavab:

20-45 yaş.

3. Cins fərqi varmı?
Cavab:

Bəli, kişilərdə qadınlardan 10 dəfə çox rast gəlinir.

4. Bu vəziyyətin patofiziologiyası necədir?
Cavab:

Subretinal boşluğa maye sızması ilə tor qişanın piqment epitelinin idiopatik qopması olur ki, bu da torlu qişanın seroz aralanması ilə nəticələnir. A şəxsiyyət tiplərində və yüksək stressin təsiri ilə adrenalin və kartizolun səviyyəsinin artması ilə əlaqələndirilir, lakin bu xəstəliyin etiologiyası hələ ki, tam aydın deyil.

5. Flüoressein angioqrafiyası nəyi göstərir?
Cavab:

Flüoressein tor qişa piqment epitelinin aralanma sahəsini müəyyən edir və subretinal boşluğa sızmanı göstərə bilər.

6. Bu vəziyyətin təbii gedişi necədir?
Cavab:

Əksər xəstələr özlərini yaxşı hiss edir, 80-90%  hallarda subretinal maye öz – özünə sorulur və 6 ay ərzində normal görmə itiliyi bərpa olunur (orta hesabla sağalma müddəti 4 aydır). Ancaq tez-tez metamorfopsiya, kontrast həssaslığının azalması, rəng duyğusunun dəyişməsi və hətta zəif skotoma kimi qüsurlar qalır. Xəstələrin 40-50%-ində bir və ya daha çox residiv olur və xəstələrin çox az qismində davamlı görmə itkisi ilə xroniki ayrılma inkişaf edə bilər.

7. Bu xəstəni necə müalicə edərdiniz?
Cavab:

Adətən xəstələr ən azı 4 ay nəzarətdə saxlanılmalıdır. Davamlı ayrılma, daimi görmə itkisi ilə əvvəlki epizodlar təkrarlanırsa və ya peşə ehtiyacı ilə əlaqədar görmə qabiliyyətini tez bir zamanda bərpa etmək lazım olarsa, məsələn, pilotlar, o zaman flüoressein sızması yerində lazer fotokoaqulyasiyasının tətbiqi görmənin bərpasını sürətləndirmək üçün nəzərdən keçirilə bilər.

Cavablara bax