Buynuz qişa/Refraktiv cərrahiyyə – Sual 9
Şəkil 1.
Şəkil 1-3. Eyni patololoji vəziyyətdən əziyyət çəkən 3 fərqli şəxsin göz almasının ön seqmentinin fotosu.
Şəkil 2.
Şəkil 3.
Buynuz qişanın makulyar distrofiyası.
Proqressivləşən, limbdən limbə doğru buynuz qişanın bütün qalınlığı boyu əmələ gələn ağ, ocaqvari çöküntülər və diffuz bulanma müşahidə olunur. Residivləşən eroziyalar gec-gec əmələ gəlsə də, görmə qabiliyyətinin itirilməsi həyatın 1, və ya 2-ci onilliyində diffuz stromal bulanma nəticəsində baş verir.
Keratin sulfatın anormal sintezi nəticəsində mukopolisaxaridlərin depolanması baş varir.
Autosom resessiv.
Müalicə növü olaraq adətən penetran keratoplastika seçilir və bu 5-25y aş arası dövrlərdə həyata keçirilə bilər.
Bəli. Xəlbirvari və dənəvər distrofiyalara nisbətən daha az olsa da, ancaq rast gəlinir.