Ümumi oftalmologiya – Sual 6
Şəkil 1.
Şəkil 1-2. Təkrarlanan irit diaqnozu qoyulan iki xəstədə qüzehli qişadakı dəyişikliklərin fotosu.
Şəkil 2.
Koeppe və Busakka düyünləri. Koeppe düyünləri bəbək kənarında yerləşən kiçik düyünlərdir. Busakka düyünləri adətən daha böyük olur və qüzehli qişanın orta periferiyasında yerləşir.
Qranulomatoz iltihab. Koeppe və Busakka düyünləri patoloji müayinədə qüzehli qişa qranulomasıdır.
Sarkoidoz, vərəm, sifilis və Voqt Koyanagi Harada Sindromu. Endemik ərazilərdə Laym xəstəliyi, cüzam, brüsellyoz da nəzərə alınmalıdır.
Xal, melanoma, metastaz, qüzehli qişa kistası, leyomioma, qüzehli qişanın piqment epitelinin şişi, iltihabi qranuloma ilə differensiasiya etmək lazımdır.
Qanın ümumi analizi, EÇS (eritrositlərin çökmə sürəti), ANT (antinuklear anticisim testi), PRP-Platelet-rich plasma (bol trombositli plazma), MHA-TP (treponema pallidum anticisimləri üçün mikrohemaqlütinasiya təhlili) və ya FTA-ABS – The fluorescent treponemal antibody absorption (flüoressein treponema anticisimlərinin udulması testi). Vərəmi yoxlamaq üçün dəri testləri və PPD – purified protein derivative (təmizlənmiş zülal törəməsi dəri testi), sarkoidozu inkar etmək üçün isə döş qəfəsinin rentgenoqrafiyası aparılır. Endemik zonalarda Laym titri nəzərə alınmalıdır.