Histopatologiya – Sual 10
Şəkil 1.
Şəkil 1-2. Kliniki şəkli və patohistoloji təsviri.
Şəkil 2.
Şəkildə bir ədəd, 4×10 mm ölçüdə, solğun sarı rəngli, alt göz qapağının infrasiliar nahiyyəsində törəmə qeyd edilir. Səthi hiperkaratozdan xəbər verir, quru və qabıqlanan görünür, həmçinin ən geniş diametrindən təxminən iki dəfə uzun olması nəzərə çarpır. Nekroz, qanaxma və ya iltihab əlamətləri yoxdur. Madaroz, polioz, ifrazat və ya yaşaxma yoxdur.
Hematoksilin-eozinlə rənglənmiş kəsikdə keratin əlavələri və ya hiperkeratoz müşahidə olunur və rənglənmə zamanı çəhrayı görünür. Törəmənin əsasında yastı hüceyrəli papilloma müəyyən edilir. Epitelial displaziya əlamətləri yoxdur.
– dəri buynuzu
– skvamoz papilloma
– verrukoz papilloma
Dəri buynuzu.
“Dəri buynuzu” – epidermal səthdən inkişaf edən diskret, hiperkeratoz xarakterli törəməni təsvir etmək üçün istifadə edilən klinik termindir. Bəzi müəlliflər onu “dəri buynuzu” kimi qeyd etmələri üçün törəmənin uzunluğunun onun ən enli yerindəki diametrinin 1/2-dən çox olmasını tələb edirlər. “Dəri buynuz”ları aktinik keratoz, skvamoz papilloma, verrukoz papilloma, seboreik keratoz, skvamoz hüceyrəli karsinoma, trixilemmoma və ya bazal hüceyrəli epitelioma daxil olmaqla bir sıra törəmələr zamanı əmələ gələ bilər. Xoşxassəli olduğu təqdirdə bu törəmələr amputasiya edilə bilər.
Müalicə bədxassəli etiologiyanı istisna etmək üçün eksizional biopsiya tələb edir. “Dəri buynuz”larının hüdudları aydın olur və əsasından asanlıqla kəsilə bilər. Bi- və ya trixlorasetik turşudan istifadə edərək kimyəvi ablasiya törəmələrin məhv edilməsində uğurla tətbiq edilir. Ancaq bu üsulla müalicə zamanı histoloji qiymətləndirmə mümkün olmur. Residiv əsas etiologiyadan asılıdır. Residivlər xüsusi diqqətlə araşdırılmalıdır.