Histopatologiya – Sual 12

Wasee Polcharoen, M.D. | Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School
Mehran A. Afshari, M.D., M.P.H. | Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Şəkil 1.

Stromanın hipersellularlıq, intrastromal neovaskulyarizasiya və dessemetönü xolesterol yarıqlarını göstərən buynuz qişanın arxa hissəsinin histopatologiyası (H&E boyama)

İntralamelyar stromal yarıqların içərisində saysız-hesabsız yağ kürəcikləri müşahidə edilən eyni nümunə (Oil-qırmızı-O boyası)

Suallar və cavablar
1. Patoloji diaqnozu nədir?
Cavab:

Lipid keratopatiya (buynuz qişanın lipid degenerasiyası).

2. Bu patoloji vəziyyətin yaranmasının səbəbi nədir?
Cavab:

Buynuz qişanın lipid degenerasiyası stromal vaskulyarizasiya və nəticədə xolesterol, həmçinin yağ turşularının damarlardan ekstravazasiyası ilə nəticələnən xroniki iltihabi prosseslərin buynuz qişaya ikincili təsiri ilə yaranan zədələnmədir.

3. Bu vəziyyət üçün ən uyğun müalicə hansıdır?
Cavab:

Penetran keratoplastika görməni təhdid edən vəziyyətlər üçün göstərişdir.

4. Patoloji müayinə düzgünlüyü üçün nümunəyə hansı tələblər irəli sürülür?
Cavab:

Buynuz qişanın dondurulmuş kəsikləri yağlı boyalarla rəngləndiyi halda intrastromal piy  əlavələrini aşkar edəcək.

Cavablara bax