Tor qişa/Uveitlər – Sual 13
Şəkil 1.
Şəkil 1-2. Bir həftə ərzində sol gözdə tədricən artan görmə zəifliyindən şikayətlənən 67 yaşlı xəstəninn ultrasəs müayinəsi. Üç ildir ki, şəkərli diabetdən əziyyət çəkir. Əvvəllər göz əməliyyatları keçirməyib. Şüşəvari cisim qanaxması olduğu üçün göz dibinin görüntüsü yoxdur. Arxa seqmentin patologiyasını istisna etmək üçün ultrasəs tələb olunur.
Şəkil 2.
Skan normal sərhədlənmiş fakik göz almasını göstərir. Qalınlaşmış, qeyri-müntəzəm konturlu, orta və yüksək əks etdirmək qabiliyyəti olan, V-şəkilli membran, peripapilyar nahiyənin burun tərəfində birləşir, arxadan isə qapalı qıf kimi görünür. Bu membranın həm ön, həm də arxa tərəfində aşağı əks-sədalar qeyd olunur.
İlk təəssürat – subretinal qalıqlara arxadan bağlanmış tam, qıf şəkilli torlu qişanın qopmasıdır. Düzgün cavab şüşəvari cismin arxa qopmasıdır (posterior vitreous detachment – PVD). Şüşəvari boşluğa qanaxma PVD ətrafında toplana bilər və bu membrana qalınlaşmış və qeyri-müntəzəm görünüş verir.
Membranın birbaşa diskdə deyil, peripapilyar nahiyənin burun tərəfinə daxil olması PVD-dən xəbər verir. Kinetik məlumat da faydalı ola bilər.
Torlu qişanın qopması olan xəstələr tez-tez “pərdələr” kimi təsvir edilən ani görmə pozğunluqlarından və fotopsiyaların mövcudluğundan şikayətlənirlər. Miopiya və travma tor qişa qopması üçün digər risk amilidir. Bu xəstənin anamnezində şəkərli diabet xəstəliyinin olması aldadıcı ola bilər, çünki proliferativ vitreoretinopatiya və torlu qişanın traksion qopması ilə vitreus qanaxması gözlənilə bilər. Əgər xəstə əvvəllər müxtəlif göz əməliyyatları keçiribsə, göz içərisində membranların anatomik yerdəyişməsi ola bilər.
Bu xəstə bir neçə ay ərzində müşahidə olunub, digər gözündə proliferativ diabetik retinopatiyanın müalicəsi üçün fotokoaqulyasiya aparılıb. Şüşəvari cismə qanaxmanın spontan reabsorbsiyası baş vermədiyi üçün vitrektomiya əməliyyatı aparıldı.