Buynuz qişa/Refraktiv cərrahiyyə – Sual 6

Scott Burk, MD/PhD. Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School.

Tərcümə etdi: Dr. Firəngiz İbrahimova
e-mail: fibrahimova511@gmail.com

Şəkil 1-2: İki fərqli şəxsdə ön seqmentin fotosu.

Suallar və cavablar
1. Sizin diaqnozunuz nədir?
Cavab:

Buynuz qişanın Mesman distrofiyası.

2. Simptomlar hansıdır?
Cavab:

Simptomlar adətən görmə itiliyinin azacıq zəifləməsi və səthin yüngül qıcıqlanması ilə məhdudlaşır.

3. Bu halın tipik görüntüsü necədir?
Cavab:

Xəstəlik həyatın ilk illərində müəyyən oluna bilər, kliniki olaraq limbə qədər yayılan, xırda epitelial vezikulalar müşahidə olunur. Retro-illuminasiya ilə daha yaxşı görünür.

4. Bu halın patofiziologiyası necədir?
Cavab:

Epitel hüceyrələrin içində naməlum tərkibli  “özünəməxsus maddə” qeyd edilir.

5. İrsi olaraq necə ötürülür?
Cavab:

Autosom dominant.

6. Hansı müalicəni məsləhət görərdiniz?
Cavab:

Adətən müalicə tələb olunmur, lakin simptomatik müalicə kimi yumşaq kontakt linza kömək edə bilər.

Cavablara bax