Orbita/Okuloplastika – Sual 10
Şəkil 1.
Müayinəyə gələndə xəstənin xarici görünüşü.
Şəkil 2.
Xəstənin üst göz qapaqları yüngülcə yuxarı çəkilib.
68 yaşlı kişi bir neçə aydır ki, davam edən göz qapaqlarının sallanmasından, gözdə yanma və qıcıqlanmadan şıkayət edir.
Bu, sallaq göz qapaqları sindromudur.
Sallaq göz qapağı sindromuna sallaq üst göz qapağının spontan çevrilməsi xasdır. Bu sindromu olan xəstələr çox vaxt birtərəfli və ya ikitərəfli, xroniki göz qıcıqlanmasından şikayət edirlər. Məxsusi kliniki əlaməti xroniki papilyar konyunktivitdir. Digər kliniki əlamətlərə ptoz, kirpiklərin ptozu və göz qapaqlarının imbrikasiyası (qırışması) aiddir.
Adətən xəstələr üzüstə və ya zədələnmiş tərəfə yatarkən, mexaniki olaraq qapaqların çevrilməsindən və nəticədə konyunktivanın balışa və mələfəyə sürtünərək qıcıqlanmasından şikayət edirlər.
Sallaq göz qapağı sindromunun əsas əlaməti göz qapaqlarının tarzusunda elastin liflərinin azalmasıdır. Elastin Verxofun modifikasiya olunmuş boyası ilə boyanaraq müəyyən edilə bilər. Məhz bu, belə sindromlu xəstələrdə rigidliyin azalmasını izah edir.
Sallaq göz qapağı demək olar ki, həmişə piylənməsi olan xəstələrdə rast gəlinir. Qapaqları çox ovuşdurmaq və ya mexaniki təzyiq, keratokonus, hiperqlikemiya və yuxuda boğulmalarla (apnoye) da əlaqəsi var. Nəzərə almaq lazımdır ku, sallaq göz qapağı sindromu olan xəstələrdə yuxuda obstruktiv boğulma potensial ölüm halıdır. Bu haqda müalicə həkiminə məlumat vermək lazımdır. Yuxu problemləri ilə məşğul olan mütəxəssisdə də yoxlanmaq məsləhət görülür.
Konservativ müalicə gözləri xüsusi qoruyucu vasitələrlə bağlamaqdan ibarətdir. Xüsusən də yatan zaman bunu etmək lazımdır. Nəmləndirici və steroid məlhəmlər də bir qədər faydalı ola bilər. Lakin çox vaxt əməliyyat məsləhətdir. Çərrahi müalicə qapağın horizontal olaraq qısaldılmasına yönəlib. Bu zaman ptozun birinci növbədə korreksiyası nəzərdə tutulmur. Qapağın qaldırılması iltihabın yox olmasına və nəticədə ptozun azalmasına gətirib çıxarır. Residivlərin qarşısını almaq üçün xəstələr göz önündə kiçik qalxan şəkilli qoruyucu vasitələri istifadə etmək haqqında təlimatlandırılmalıdırlar.