Ümumi oftalmologiya – Sual 5
Şəkil 1
Şəkil 1-2. Bu 1984-cü ildən şəkərli diabetdən əziyyət çəkən və anamnezində hər iki gözündə anadangəlmə qlaukoması olan 56 yaşlı kişinin gözlərinin ultrasəs müayinəsinin təsvirləridir. Görmə itiliyi: OD-İşıq hissiyyatı; OS- 0 (sıfır). TnOU-13. Ön seqment OU-Lentvari keratopatiya.OS-Tam yetişmiş katarakta. Ultrasəs müayinəsi sağ gözün arxa seqmentini qiymətləndirmək üçün həyata keçirilib.
Şəkil 2
Ultrasəs müayinəsində normal konturlara malik iri ölçülü göz alması müşahidə edilir. Burada qüzehli qişa ilə eyni müstəvidə aydın şəkildə büllur və ya arxa kapsul qeyd edilmir. Retinoxoroidal qatda heç bir zədələnmə qeyd olunmur. Şüşəvari cisimin boşluğunda exogen, dairəvi, hərəkətli, akustik qeyri-müntəzəm daxili struktur müşahidə edilir.
Bu təsvirə əsasən səhvən xoriodal melanoma kimi retinoxoriodal şişdən və ya anamnezdə travma olarsa, gözdaxili yad cisimdən şübhələnmək olar. Ancaq bu ehtimal ki, iri ölçülü buftalm gözün şüşəvari cisimində bulanmış büllurdur.
Kinetik tədqiqat metodlarının köməyi ilə şişi və luksasiya olunmuş bülluru bir-birindən differensasiya etmək olar. Hərəkətsiz kütlə şiş üçün daha xarakterikdir. Ancaq bəzi hallarda hərəkətsiz oturmuş büllur da müşahidə edilə bilər.
Aksial uzunluq təxminən 30 mm-dir ki, bu da anadangəlmə qlaukomaya və buftalm diaqnozuna xarakterdir.
Dislokasiya olunmuş büllur Marfan sindromu, homosistinuriya, Weill- Marchesani sindromu, sifilis və tor qişanın piqment distrofiyası kimi müxtəlif hallarda da müşahidə oluna bilər. Ona görə də anamnezin toplanması çox vaxibdir.