Ümumi oftalmologiya – Sual 1
Şəkil 1
Xəstə burun tərəfə baxan zaman göz almasından temporal hissədə törəmə qeyd edilir.
Bu xəstəyə sarkoidoz diaqnozu qoyulub.
Göz yaşı vəzisinin törəmələrinin differensial diaqnostikası aşağıdakı xəstəliklərlə həyata keçirilməlidir: sarkoidoz, orbital iltihabi psevdotumor, pleomorfik adenoma (xoşxassəli qarışıq şiş), dermoid, limfoid şiş, adenoid kistalı karsinoma, pleomorfik adenokarsinoma (bədxassəli qarışıq şiş), göz yaşı vəzisinin kistası (dakriops), dakrioadenit və s.
pleomorfik adenoma, sarkoidoz, dermoid, göz yaşı vəzisinin kistası, limfoma.
adenoid kistalı karsinoma, pleomorfik adenokarsinoma, orbital iltihabi psevdotumor, kəskin dakrioadenit
Göz yuvalarının aksial və koronal kəsiklərdə komputer tomoqrafiyasının təsvirləri törəmənin xüsusiyyətini anlamağa kömək edə bilər. Göz yaşı vəzisinin böyüməsinə səbəb olan sarkoidoza və vərəmin nadir formalarına şübhə olduqda döş qəfəsinin rentgen müayinəsi faydalı ola bilər.Limfomaya şübhə olarsa, cərrahla məsləhətləşdikdən sonra abdominal və baş nahiyyəsinin KT müayinəsi göstərişdir.
Xöşxassəli qarışıq şilərə şübhə olarsa, törəmənin biopsiyası əks göstərişdir. Beləki, törəmənin hissəvi eksiziyası onun maliqnizasiyasına səbəb ola bilər. Dermoid sistlər də biopsiya edilməməlidir. Çünki sistin möhtəviyyatı ağır dərəcəli iltihabi reaksiyanın başlanmasına səbəb ola bilər. Bu növ törəmələr kapsulu zədələnmədən təmamilə kəsilib götürülməlidir.