Buynuz qişa/Refraktiv cərrahiyyə – Sual 4
Şəkil 1
Şəkil 1-3. Bu üç müxtəlif fotoşəkil buynuz qişanın eyni zədələnməsinin müxtəlif variasiyalarıdır.
Şəkil 2
Şəkil 3
Bazal epithelial membran distrifiyası.
Simptomlar erkən ahıl yşlarda meydana çıxır.
Simptomlar müxtəlifdir. Beləki, səhər saatlarında zəif qıcıqlanmadan, ağır dərəcəli eroziyalara qədər müşahidə oluna bilər.
Epitel zəif yapışqanlıq qabiliyyətinə malik çoxqatlı bazal membran hazırlayır. Adətən bu membranın epitelin arasinda qabarması və ikiləşməsi müşahidə olunur. İntraepitelial bazal membran qatları epitel hüceyrələrinin normal miqrasiyasına mane olur. Nəticə etibarı ilə zəif adgeziv qabiliyyətə malik intraepitelial epitel əlavələrin əmələ gəlməsinə səbəb olur.
Konservativ müalicənin əsas məqsədi baş verə biləcək eroziyanın qarşısını almaqdan ibarətdir. Bunun üçün surtunmə qabiliyyətini azaldan damcılardan, gözə sarğı qoyulmasından və ya bondaj kontakt linzalaradan istifadə edilə bilər. Subepitelial anormal epitelin təmizlənməsi və nadir hallarda səthi keratektomiya həyata keçirilə bilər.