Histopatologiya – Sual 2

Yichieh Shiuey, MD
Massachusetts Eye and Ear Infirmary, Harvard Medical School

Şəkil 1
Bu enukleasiya olunmuş gözdən hazırlanmış, həmçinin  hematoksilin və eozinlə rənglənmiş histoloji preparatın təsviridir.

Suallar və cavablar
1. Siz hansı diaqnozu qoyardınız?
Cavab:

Retinoblastoma

2. Hansı patoloji dəyişiklilər diqqətinizi cəlb edir?
Cavab:

Retinoblastoma üçün patoqnomonik əlamət olan Fleksner-Vintersteyner rosetləri.

3. Bu xəstədə enukleasiya olunmuş gözun hansı hissəsi və nə üçün müayinə olunmalıdır?
Cavab:

Görmə siniri. Görmə sinirinin kəsilmiş kənarının prossesə cəlb olunması retinoblastoma zamanı yüksək letallıq əlamətinə dəlalət edir.

4. Digər gözün sağlam olduğunu nəzərə alsaq, bu xəstəliyin irsi xüsusiyyəti mümkünlüyü nə dərəcədədir?
Cavab:

Birtərəfli və yunifokal retinoblastoması olan xəstələrin təqribən 12%-nə xəstəlik irsən keçib.

5. Əgər bu patologiya irsi xüsusiyyətlidirsə, o zaman xəstədə daha hansı sistem xəstəliklər inkişaf edə bilər?
Cavab:

İrsi retinoblastomadan əziyyət çəkən xəstələrin böyük əksəriyyətində digər şişlər (yumşaq toxumaların sarkoması, melanoması, karsinoması, leykemiya və limfomalar) və xüsusi ilə osteosarkoma inkişaf edə bilər.

6. ABŞ-da bu xəstəlikdən əziyyət çəkənlərin neçə faizi sağ qalır?
Cavab:

85%-dən artıq

Cavablara bax