Histopatologiya – Sual 8
Şəkil 1.
Şəkil 1-2. Kliniki şəkli və patohistoloji təsviri.
Şəkil 2.
Kliniki fotoşəkildə yuxarı və aşağı göz qapaqlarını əhatə edən çox saylı dairəvi, dəri rəngli, dəri səthindən yüksəlmiş göz qapağı törəmələri müşahidə edilir. Ölçüləri 1-dən 8 mm-ə qədərdir, göz qapağının kənarı tutulmadan kirpik xəttinin qarşısında yerləşir. Daha böyük törəmələr kistik görünür. Törəmələrin səthi göbək, xora və ya hiperkaratoz əlamətləri olmadan hamardır. Qanaxma, trixiaz, axıntı və ya yanaşı konyunktivit qeyd edilmir.
Hematoksilin-eozinlə boyanmış bölmə birləşdirici toxuma stromasında yerləşən ikiqatlı epitellə örtülmüş kista nümayiş etdirir. Yanaşı yüngül, xroniki, qranulomatoz olmayan iltihabın (epitelioid hüceyrələri olmadan limfositlər qeyd edilir) əlamətləri var. Bu hissədə heç bir dəri törəməsinə xas struktur yoxdur. Apikal çıxıntı qeyd edilmir, həmçinin kistanın boşluğunda heç bir material görünmür.
– Moll vəzilərinin kistaları
– hidrokistoma
– sudorifer (tər vəzi) kistaları
– duktal (göz yaşı axacaqlarının) kistaları
– epitelial inklüzion kistalar
– bazal hüceyrəli karsinoma (inferomedial)
– kotagioz molyusk
– hidrokistoma
– tər vəzi kistaları
– göz yaşı axacaqlarının kistaları
Göz qapağı kistalarının təsnifatı göz qapağının içərisində çoxlu vəzi elementlərinin olması səbəbindən bir qədər qarışıqdır. “Hidrosistoma”, “sudorifer (“tər”) kist” və “duktal kist”lər kistik tər vəzi törəmələrini təsvir etmək üçün istifadə olunan sinonim terminlərdir. İnsan bədənində olan tər vəziləri ekzokrin vəzilərdir. Onlar sekreti ekzositoz yolu ilə birbaşa vəzi axacağına ifraz edirlər. Bədənin bəzi nahiyələri, o cümlədən qoltuqaltı, qasıq, qulaq kanalı və göz qapaqlarında apokrin tər vəzilərinə rast gəlinir. Göz qapağında apokrin hidrokistomalar Moll vəzilərindən əmələ gəlir. Hidrosistomalar digər göz qapaqlarının kistalarından ikiqatlı epiteli astarının olması ilə fərqlənir. Daxili kuboid təbəqə lümenə ifraz edir; xarici təbəqə mioepitelial hüceyrələrdən ibarətdir. Hidrosistomalar xroniki qıcıqlanmaya səbəb ola bilən xoşxassəli törəmələrdir. Onlar kişilər və qadınlar arasında bərabər tezlikdə rast gəlinir. İrqi üstünlük yoxdur. Ümumi tərləməyə meylli şəxslər və xroniki olaraq isti və nəm şəraitdə çalışan şəxslər risk qrupundadırlar.
Müalicə adətən kistanın divarının tamamilə çıxarılması ilə eksiziya olunmasını tələb edir. Bəzən kimyəvi destruksiya tətbiq oluna bilər. Bu, bi- və ya tri-xlorasetik turşudan istifadə etməklə həyata keçirilə bilər. Spontan sorulma adətən müşahidə olunmur. Bəzən xəstələr tərəfindən ev şəraitində həyata keçirilən yarılma proseduru infeksiyalaşma ilə nəticələnə bilər və nadir hallarda kistlərin geri dönməz kollapsına səbəb ola bilər.