Orbita/Okuloplastika – Sual 3
Şəkil 1
Şəkil 1-2. 54 yaşlı kişi 4 gündür ki, artan ağrıdan və sağ gözətrafı nahiyyənin şişkinliyindən əziyyət çəkir
Şəkil 2
Göz yuvasının fleqmonası, göz yuvasının absesi, göz yuvasının psevdotumoru, bədxassəli şişlər, travma.
A) Göz yuvasının fleqmonası.
B) Subperiostal abses.
C) Göz yuvasının absesi.
D) Kavernoz sinusun trombozu.
Daha çox pediatric praktikada rast gəlinir. Xəstələrin böyük əksəriyyətinin (təqribən 80%) yaşı 20-dən aşağıdır.
Kəllə-beyin sinirlərinin müayinəsi, rəng hissiyyatının yoxlanılması və göz almasının hərəkətliliyinin təyini daxil olmaqla tam oftalmoloji müayinə həyata keçirilməlidir. Əlavə olaraq KT müayinə, qan kulturası və yara nahiyyəsinin kulturası əldə olunmalıdır. Meningeal əlamətlər müşahidə olunduğu təqdirdə, lumbal punksiya tövsiyyə olunmalıdır.
Belə ağır hallarda venadaxili geniş spektrli antibiotiklərin yeridilməsi göstərişdir. Oral antibiotiklər xəstəliyin yüngül formalarında təyin oluna bilər. Abseslər zamanı isə tam sağalma üçün cərrahi drenaj həyata keçirilməlidir.